Qəzaya uğrayan təyyarənin audio yazısı açıqlanıb
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarənin audio yazısı açıqlanıb

Təyyarədə danışığın audio yazısının son saniyələrdə gurultulu səs-küy eşidilir.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sinay yarımadasında Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasını araşdıran Misirdə təhqiqat komissiyası belə bir açıqlama yayıb. Komissiya Qahirədə mətbuat konfransı keçirib.

Komissiyasının rəhbəri Ayman Al-Mukaddam bildirib ki, qəza təyyarə göyə qalxandan 23 dəqiqə sonra avtopilot işlək vəziyyətdə olarkən baş verib. Təyyarənin qalıqları yerdə 13 kilometr aralıda tapılıb. Mukaddam deyib ki, bütün bunlar laynerin havada qəzaya uğradığını göstərir. Qəza nəticəsində təyyarədə olan 224 nəfər həlak olub.

“Associated Press”in yaydığı məlumata görə, qəzaya uğramış Rusiyanın "Koqalımavia" aviaşirkətinə məxsus təyyarəyə Şarm-əl-Şeyx aeroportunda xidmət etmiş əməkdaşlar noyabrın 7-də sorğu-sual ediliblər.

Britaniya və Amerika xüsusi xidmət orqanları A321-in qəzaya uğramasına bomba partladılmasının səbəb olduğunu istisna etməyiblər. Misir hökuməti isə hələ heç bir qənaətə gəlməyib. Misirin xarici işlər naziri Samekh Shukri noyabrın 7-də bildirib ki, Qahirə hələ ki qəzanın səbəbi barədə yekun nəticə çıxarmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm