Dünya
Avropada dövlət parçalanır – ilk addım atıldı
Kataloniya parlamenti İspaniyadan ayrılaraq müstəqil dövlətin qurulması prosesini başladan layihəni qəbul edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, layihə Kataloniyanın 18 ay ərzində müstəqil olmasını nəzərdə tutur.
Layihədə Kataloniyanın tam müstəqilliyinin zəmanət altına alınması üçün 30 gün ərzində ictimai təhlükəsizlik və büdcə sisteminin qurulması istənilir. Layihənin müəllifi 27 sentyabr parlament seçkilərində qələbə qazanan Junts Pel Si (“Bəli” üçün Birlik) və hökümətin qurulması üçün onunla danışıqlar aparan Xalq Birliyi Koalisiyasıdır.
“Milyonlarla insan illərdir bu günü gözləyir və təxminən iki milyon adam müstəqil dövlət üçün səs verib. Bu proses artıq başlanıb. Bu gün olmasa da sabah Kataloniya müstəqil olacaq, biz olmasaq da başqaları bu ölkəni müstəqil edəcək”, - Junts Pel Sini təmsil edən millət vəkili Raul Romeva çıxışında deyib.
Müstəqillik əleyhdarı olan siyasi partiyalar isə sənədi sərt şəkildə tənqid ediblər. İspaniyada iqtidarda olan Xalq Partiyasının Katalonyadaki qolu PPC-ninnin lideri Qarsiya Albiol müstəqilliyin əlavə problemlər yaradacağını bildirib. O, Kataloniyanın İspaniyadan ayrılmasına əsla icazə verməyəcəklərini söyləyib.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO