“Əsrin oğrusu” bağışlandı
Bizi izləyin

Dünya

“Əsrin oğrusu” bağışlandı

Nyu-York məhkəməsi “əsrin oğruluğu”nda şübhəli hesab olunan 80 yaşlı mafiya üzvü Vinsent Azaroya qarşı irəli sürülən ittihamları rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri bildirib.

Qeyd edək ki, Nyu-Yorkda Con Kennedi adına aeroportun “Lufthansa” aviaşirkətinin terminalında oğurluq 11 dekabr 1978-ci ildə baş vermişdi. Bu, ABŞ tarixində ən böyük oğurluqlardan biri hesab edilir.

Hadisə zamanı mafiya 5 milyon dollar və bir milyon dollar dəyərində qiymətli əşyaları oğurlamışdı. Vinsent Azaro, onun oğlu və üç digər şübhəli 2014-cü ilin yanvarında saxlanılıb. Vinsent Azaro oğurluq hadisəsinin əsas təşkilatçısı hesab olunurdu. ABŞ polisinin bütün axtarışlarına baxmayaraq, oğurlanan pullar və qiymətli əşyalar tapılmayıb.

Nəşrin məlumatına görə, məhkəmə iclasçıları Azaronun vəkillərini haqlı hesab ediblər. Vəkillər ittihamların saxta olduğunu iddia edirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm