Girovlar azad edildi – VİDEO/ YENİLƏNİB
Bizi izləyin

Dünya

Girovlar azad edildi – VİDEO/ YENİLƏNİB

“Skay Nyus”un verdiyi məlumata görə, “Radisson” otelindəki bütün əsirlər xilas edilib.

Bu haqda ilkin məlumatı Malinin Təhlükəsizlik Nazirliyi yayıb. Məlumatda sözügedən oteldə artıq əsir qalmadığı deyilir.

18:40

ABŞ xüsusi təyinatlı güclərin hərbi qulluqçuları girovların azad edilməsi üçün əməliyyatın keçirilməsində həmkarlarına yardım göstərirlər.

Mali hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, terrorçuların əlində 125 ziyarətçi və mehmanxananın 13 işçisi qalıb.

Binada əməliyyat keçirən xüsusi təyinatlı dəstələr mərtəbə-mərtəbə irəliləyirlər.

“Əl-Cəzirə” telekanalı isə mehmanxanaya hücum edən terrorçuların “Ansar ad-Din” ekstremist qruplaşmanın üzvləri olduğunu xəbər verib.

16:47

Son məlumatlara görə, girovluqda olan Türkiyə vətəndaşlarından 5-i azad edilib. Girovlar arasında nigeriyalı milyarder Aliko Dangotenin də var.

Ümumilikdə, təxminən 80 girov azad edilib. Ölən üç nəfərdən birinin Fransa, digərlərinin isə Mali vətəndaşı olduğu bildirilir.

Malinin təhlükəsizlik xidmətlərinin məlumatına görə, terrorçular diplomatik nömrəli avtomobillə mehmanxananın ərazisinə daxil olublar. Girovların yeddinci mərtəbədə saxlanıldığı xəbər verilir.

Ölənlərin sayı 5 nəfər çatıb. Biri polis olmaqla bir neçə nəfərin yaralandığı bildirilir. Hazırda terrorçularla polis əməkdaşları arasında atışmanın davam etdiyi bildirilir.

15:10

“France 24” telekanalının verdiyi məlumata görə, girovlardan 50 nəfəri azad edilib. Məlumata görə, onlar Qurani-Kərimdən hissələr oxuya bildiyi üçün azadlığa buraxılıb. İki qadının isə təhlükəsizlik güclərinin köməyi ilə xilas olunduğu bildirilir. Üç nəfər həyatını itirib.

Tutulmuş mehmanxanada əcnəbilərin daha çox qaldığı deyilir.

Daha əvvəl isə Fransa KİV-i şahidlərə istinadən mehmanxananın iki mühafizəçisinin öldürüldüyünü, ikisinin isə yaralandığını xəbər verib. Son məlumatlara görə, girovların arasında Çin, Türkiyə və Fransa vətəndaşları var. Türkiyə vətəndaşlarının Türk Hava Yollarının əməkdaşları olduğu bildirilir.

Qeyd edilir ki, hücum edən terrorçuların dəqiq sayı məlum deyil. Onların 2-dən 10-a qədər olduğu bildirilir. İslam şüarları səsləndirən silahlıların hansı qruplaşmanın üzvü olduğu da hələ aydın deyil.

Girovların azad edilməsi üçün əməliyyat başlayıb. Fransa jandarm qüvvələrinin 40 nəfərlik elit qrupu mehmanxananın azad olunması üçün göndərilib.

14:00

Malinin paytaxtı Bamakoda yerləşən “Radisson Blu” mehmanxanası iki silahlı tərəfindən tutulub.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, silahlı qrup hazırda 170 nəfəri girov saxlayır.

Onlardan 30-u mehmanxananın əməkdaşları, qalanları isə ziyarətçilərdir. “Radisson Blu”nun direktorunun sözlərinə görə, mehmanxanadakı 190 nömrənin 90 faizində ziyarətçilər var idi.

Bəzi məlumatlara görə, hücum nəticəsində artıq həlak olanlar var. Onların arasında mehmanxananın əməkdaşları və ziyarətçilərin olduğu xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm