Həkimlər bitişik əkizləri ayırdılar
Bizi izləyin

Dünya

Həkimlər bitişik əkizləri ayırdılar

ABŞ-ın Kentukki əyalətində dünyaya gələn 7 həftəlik bitişik əkizlər 8 saatlıq əməliyyatdan sonra müvəffəqiyyətlə bir-birindən ayrılıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat 45 həkimin iştirakı ilə keçirilib.

Bir-birlərinə döş və qarınlarından yapışıq olan əkizlər eyni zamanda eyni ürək çevrəsindən istifadə edirmişlər.

Həkimlərin dediyinə görə, əkizlərin qaraciyərləri də bir-birinə bitişik vəziyyətdə olub. Həkimlər əməliyyatı 11 saat nəzərdə tutsalar da, əməliyyat 3 saat tez bitib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm