Sərkisyan rəsmi Vaşinqtonu məyus edib – ABŞ səfiri
Bizi izləyin

Dünya

Sərkisyan rəsmi Vaşinqtonu məyus edib – ABŞ səfiri

Sərkisyan rəsmi Vaşinqtonu məyus edib – ABŞ səfiri

Qərbin şiddətlə qınadığı qərardan - Ermənistan hökumətinin Krımın Rusiyaya birləşməsini tanıması qərarından rəsmi Vaşinqton da məyus olub. Publika.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Cohn Heffern dilə gətirib.

Səfir Heffern Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Serj Sərkysianın etdiyi açıqlamaları çox uğursuz və məyusedici adlandırıb.Səfir bir daha təkrarlayıb ki, ABŞ Krım sakinlərinin Rusiyanın bir hissəsinə çevrilməsi üçün keçirdikləri səsverməni qanunsuz sayır.

“Bir çox məsələ var ki, ruslar etdiklərindən daha azını edə bilərdilər”, səfir Heffern İrevanda, regionun təhlükəsizliyi konfransında belə deyib.Sərkysianın mətbuat xidməti bildirib ki, Putin dediyi kimi, Moskva tərəfindən hazırlanmış seçkilər “insanların öz müqəddəratını təyin etməsi üçün haqlarının gerçəkləşməsinin bir nümunəsidir”.

Heffern Sərkysianın bu addımının ABŞ-Ermənistan münasibətlərinə ciddi təsir edib- etməyəcəyinə dair heç nə söyləməyib. ABŞ administrasiyası Krımın zəbt edilməsində iştirakçı olan Rusiyanın bir neçə rəsmilərinin aktivlərinin dondurulmasını və viza qadağasını tətbiq edib və daha sərt sanksiyalar verəcəyini nəzərdə tutur. 6 illik prezidentliyi dövründə Sərkysian təkcə daxili siyasətində deyil, həmçinin Türkiyə ilə yaxınlaşmasında da Amerikanın dəstəyini alıb.

Hətta keçən il Sərkysian gözlənilmədən Avropa Birliyinə üzv olmaqdan ötrü Ermənistanı Rusiyanın liderliyi ilə keçmiş Sovet İttifaqının bir hissəsi etmək istəsə də, o, ABŞ rəsmiləri tərəfindən heç bir ictimai tənqidlə üzləşməyib.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm