Çinin yeni super silahı - VİDEO
Bizi izləyin

Dünya

Çinin yeni super silahı - VİDEO

İqtisadi baxımdan ABŞ-a ciddi rəqib olan Çin hərbi qüdrətini daha da artırmaq üçün donanmasını gücləndirir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çin yeni təyyarə gəmisi inşa edir.

Çinin Müdafiə Nazirliyinin sözçüsü Yang Yuju yeni təyyarə gəmisinin dizaynının tamamilə Çinə aid olduğunu bildirib.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Çin qarşıdakı 15 ildə bir neçə təyyarə gəmisi istehsal edə bilər. Qeyd edək ki, Çin hazırda “Liaoning” adlı təyyarə gəmisinə sahibdir. Gəmi 1998-ci ildə Ukraynadan alınıb və modernləşdirildikdən sonra 2012-ci ildə istifadəyə verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm