Ər-Riyad İrana qarşı sanksiyalar tətbiq etdi
Bizi izləyin

Dünya

Ər-Riyad İrana qarşı sanksiyalar tətbiq etdi

Səudiyyə Ərəbistanı ilə İran arasındakı “edam böhranı” getdikcə dərinləşir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tehranla diplomatik münasibətləri pozulan Ər-Riyad İrana qarşı sanksiyalar tətbiq edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Səudiyyə vətəndaşlarının İrana səyahət etməsinin qadağan edildiyini bildirib. Bundan başqa, Səudiyyə Ərəbistanı ilə İran arasındakı uçuşlar dayandırılacaq və İranla bütün ticarət əlaqələri kəsiləcək.

Qeyd edık ki, Səudiyyə Ərəbistanı şiə din adamı Şeyx Nimr Bəkr əl-Nimrinin də aralarında olduğu 47 nəfəri edam etməsindən sonra Tehran və Ər-Riyad arasında münasibətlər pozulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm