Pan Gi Mun: “Terrordan ən çox zərər çəkən müsəlmanlardır”
Bizi izləyin

Dünya

Pan Gi Mun: “Terrordan ən çox zərər çəkən müsəlmanlardır”

“Dünyada terror və radikalizmdən ən çox zərər çəkənlər müsəlmanlardır”.

Publika.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Ban Gi Mun Baş Assambleyada çıxışı zamanı deyib.

BMT Baş katib 7 bölmədən ibarət “Radikalizmlə mübarizə planı”nı BMT Baş Assambleyasına təqdim edib. O, Assambleya üzvlərinin onun təqdim etdiyi plan əsasında öz milli hərəkət planlarını hazırlamalarını istəyib.

Daha sonra o, radikalizm və terrorun qarşısını almaq üçün hansı addımların atıla biləcəyi ilə bağlı fikirlərini Baş Assambleya üzvləri ilə bölüşüb.

"Radikalizm hər hansı bir bölgə, irq, din və millətlə məhdudlaşmayıb. Lakin dünyada radikal şiddətdən ən çox zərər çəkənlərin müsəlmanlar olduğunu dərk etməliyik” - deyə əlavə edib.

Siyasətçilərin bu məsələdə mövqeyinə diqqət çəkən Baş katib terrorçulara qarşı sərt çıxışların vəziyyəti daha da çətinləşdirdiyini vurğulayıb. Düşüncəsiz siyasətlərin xalqları bir-birinə düşmən edəcəyini, bunun yalnız terrorçulara fayda gətirəcəyini deyən baş katib, insanların ömür boyu qorxu içində yaşamaması üçün sağlam fikirlərə ehtiyac olduğunu əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm