İŞİD üzvlərinə ŞOK: maaşlar iki dəfə azaldıldı
Bizi izləyin

Dünya

İŞİD üzvlərinə ŞOK: maaşlar iki dəfə azaldıldı

“İslam dövləti” (İŞİD) döyüşçülərinin maaşını iki dəfə azaldıb.

Publika.az xəbər verir ki, bu barədə İŞİD-in “Xəzinə”si tərəfindən dərc edilmiş sənədə istinadən “The Independent” nəşri bildirib.

“İslam dövləti” xüsusi şəraitə görə bütün mücahidlərə ödənilən maaşın iki dəfə azaldılması barədə qərar verib. Bu qərar tutduqları mövqedən asılı olmayaraq hamıya aiddir”, - əmrdə deyilir.

Əmrdə həmçinin Qurandan “sərvətə görə cihad” və “ruha görə cihad” haqqında fikirlərin yer aldığı ayələrdən nümunələr gətirilib. Qeyd edilir ki, ərzaq əvvəlki kimi ayda iki dəfə paylanılacaq.

Qeyd edək ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq yanvarın 11-də İraqda həyata keçirilən əməliyyatların gedişatında İŞİD pul anbarını vurub. Xüsusi aviasiya bombaları ilə yeraltı bunkerdə yerləşən anbarın məhv edildiyi bildirilir. İŞİD-in ümumi pul itkisi milyonlarla dollar təşkil edib.

“The Washington Post” nəşri 5 dekabr 2015-ci il tarixində yazdığı xəbərində İŞİD-in maliyyə problemlərindən bəhs edib. Nəşrin məlumatına görə, qruplaşma İraq və Suriya vətəndaşlarından toplanılan vergilərin artırılması hesabına büdcədə yaranan kəsiri bağlamağa çalışır. Dekabrın əvvəlində isə ABŞ-ın Dövlət Departamenti İŞİD-in neft satışından gündəlik gəlirinin 1-1,5 milyon dollar təşkil etdiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm