Dünya
Çeçenistanda Kadırov qülləsi tikilir
Çeçenistanın paytaxtı Qroznıda Avropa və Rusiyada ən yüksək göydələnlərdən birinin tikintisinə başlanılıb. “Ahmet Tauer” adlanacaq tikili qədim çeçen keşikçi qülləsi stilində inşa ediləcək. Bina 108 mərtəbədən ibarət olacaq. Bu haqda AzadlıqRadiosunun çeçen xidməti məlumat verir.
400 metr hündürlükdə olacaq binada ofislər, 500 otaqlı hotel, təxminən 100 məznilli “lüks” apartament, fitnes-mərkəzlər və hovuzlar, eləcə də Ahmat Kadırovun muzeyi olacaq. Layihəyə görə uca “çeçen qülləsi”ndə baxış və helikopter meydançaları da nəzərdə tutulub.
Bu tikilinin təxmini dəyəri 120-500 milyon dollar arasındadır.
Göydələni "Bürc Xəlifə"ni tikənlər inşa edir
“Ahmet Tauer”in özülünün qazılmasına başlanılıb. Bunun üçün hələlik 100 işçi və 12 ədəd xüsusi texnika cəlb olunub. İki həftə sonra gələcək qüllənin tikilməsinə başlanacaq. Torpağa 65 metr dərinlikdə 216 dəmir-beton dirəklər basdırılacaq. Onlardan hər birinin diametri 1,5 metr olacaq. Bu işi Almaniyadan gələn mütəxəssislər icra edəcəklər.
Çeçenistanda keçmiş respublika başçısının şərəfinə göydələn qüllə tikilməsi niyyəti hələ 2013-cü ildə bəyan edilmişdi. Binanın tikintisinin texniki və maliyyə təminatı ilə Emaar Properties şirkəti məşğuldur. Adıçəkilən şirkət Dubaydakı 830 metr hündürlükdə olan məşhur “Burc Xəlifə”ni tikib.
Layihənin kuratoru Dövlət Dumasının deputatı Adam Delimxanovdur.
Çeçenistanın 2016-cı il üçün dövlət büdcəsində xərclərə 58 milyard rubldan çox vəsait ayrılıb. Bununla belə, respublikanın əlavə 10 milyard qazanc əldə edəcəyi deyilir. Yerdə qalan 48,5 milyard rubl isə “federal büdcədən havayı daxilolmalardır”.
Daha əvvəl respublikanın büdcə işçiləri anonimlik şəraitində şikayət edirdilər ki, onları əməkhaqlarının 5-10 faizini prezident Ramzan Kadırovun şəxsən nəzarətdə saxladığı Ahmet Kadırov adına fonda köçürməyə məcbur edirlər. Çeçen hökuməti isə büdcə işçilərinin bu addımı könüllü atdığını bildirir.
-
Region19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi
-
Nida Xəbər 13:59Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olundu - FOTO
-
Səhiyyə12:46Təcili diaqnostika əlçatmaz olanda – 60-cı illərin aparatlarından istifadə olunur















.jpg)

















.jpg)