Polşalı politoloq Rusiyanı belə aşağıladı: “Türkiyə sizi...” - VİDEO
Bizi izləyin

Dünya

Polşalı politoloq Rusiyanı belə aşağıladı: “Türkiyə sizi...” - VİDEO

Məşhur polşalı jurnalist, politoloq Yakub Koreyba növbəti dəfə Rusiya ilə bağlı həqiqətləri dilə gətirib.

Publika.az-ın məlumatına görə, “Rossiya” telekanalında müzakirəyə qatılan Koreiba Türkiyə-Rusiya qarşıdurması barəsində danışaraq, Ankaranın Moskvanı yerinə oturtduğunu bildirib.

Jurnalist prosesləri diqqətlə izlədiyini vurğulayıb: “Bu toqquşmanı məmnuniyyətlə deyil, amma çox böyük maraqla izləyirəm. Rusiya uzun müddət dişsiz, heç nə edə bilməyən, effekti olmayan sanksiyalar tətbiq edən Avropanı ələ salıb. Amma özünü ruslar kimi aparan ölkə ilə qarşılaşanda başa düşdü ki, özü də heç nə edə bilmir. Rusiyaya dünya iyerarxiyasında yerini göstərmək üçün vəziyyəti gərginləşdirmək lazımdır. Bu, birinci addımdır, amma sonuncu deyil. Daha bir neçə addım və Türkiyə Ukrayna ilə birgə hava məkanını bağlayacaq, “Aeroflot”u məhv edəcək, “Rosatom”u məhv edəcək. Çünki heç kim Rusiya ilə müqavilə bağlamayacaq. Ən əsası isə “Qazprom”u məhv edəcək. Çünki Azərbaycandan, İrandan, Qətərdən qaz kəməri çəkəcək və Rusiyanı bütün cənubi Avropadan rədd edəcək”.

Xatırladaq ki, Koreyba bundan əvvəl də bir neçə dəfə Türkiyə və Rusiya arasında qarşıdurmaya toxunaraq Ankaranın Moskvanı pərt etdiyini dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm