Hindistan eynicinsli şəxslərlə bağlı qanunu sərtləşdirir
Bizi izləyin

Dünya

Hindistan eynicinsli şəxslərlə bağlı qanunu sərtləşdirir

Hindistanın Ali Məhkəməsi eynicinsli şəxslər arasında seksual əlaqəni yasaqlayan qanunun bərpa edilməsi barədə hökmə yenidən baxmağa razılaşıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, hakimlər məsələnin “Konsitusiya əhəmiyyətli olduğunu” etiraf ediblər. Amma dinləmələrin vaxtı hələ ki, təyin olunmayıb.

2013-cü ildə Ali Məhkəmə homoseksual əlaqələri qanuniləşdirən Dehli Ali Məhkəməsinin hökmünü ləğv etmişdi. 155 il əvvəl Britaniya İmperiyasının dövründən miras qalan Hindistan cinayət məcəlləsində eynicinsli şəxslərin seksual əlaqələri qeyri-qanuni sayılır.

Homoseksual əlaqələrə görə 10 ilədək həbs cəzası nəzərdə tutulur.

Qanun maddəsi nadir hallarda tətbiq olunsa da, geylərin təqibi və diskriminasiyasına zəmin yaradıb, hüquq müdafiəçiləri bildirir.

Hindistanda homoseksual əlaqələr tabu sayılır və mühafizəkar sakinlər tərəfindən qeyri-qanuni kimi qəbul edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm