500 milyon çinli Ceki Çana qarşı çıxdı - FOTOLAR
Bizi izləyin

Dünya

500 milyon çinli Ceki Çana qarşı çıxdı - FOTOLAR

Çində yarım milyarddan çox insan aktyor, kinorejissor, prodüsser Ceki Çana qarşı çıxır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin yüz milyonlarla vətəndaşı dünya şöhrətli aktyoru boykot etməyə başlayıblar.

Onlar internet resurslarında, o cümlədən sosial şəbəkələrdə Ceki Çanı aşağılayır, aktyorla görüçəcəkləri təqdirdə, onu təhqir edəcəklərini bildirirlər. Aktyor-rejissor Çindəki internet resurslarında ən arzuolunmaz şəxs elan edilib.

Hər şey Ceki Çanın populyar “Vayba” mikrobloqunda “Pekində gözəl mavi səma, təmiz hava var” yazmasından sonra başlayıb. Bu, ilk baxışdan normal görünən sözlərdir. Lakin çinlilər üçün yox.

Ölkə sakinləri bildirirlər ki, Pekinin havası heç də təmiz deyil, anti-sanitariya mövcuddur. Ceki Çan Çində heç vaxt ekologiyanın qayğısına qalmamış Kommunist Partiyasının xoşuna gəlmək üçün bu sözləri yazıb.

Çinlilər iddia edirlər ki, Ceki Çanın ümumiyyətlə digər fikirləri də həqiqəti əks etdirməyib. Bu səbəbdən yüz milyonlarla çinli ona qarşı çıxmağa başlayıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm