Dövlət agentliyində axtarışlara başlandı
Bizi izləyin

Dünya

Dövlət agentliyində axtarışlara başlandı

Rusiyanın dövlət agentliyi olan TASS-da axtarışlara başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Agentliyin korporativ kommunikasiyalar departamentinin əməkdaşı Yekaterina Titovanın bildirdiyinə görə, axtarışlar agentliyin əməkdaşlarından birinin keçmiş iş yeri barəsində istintaq işinin aparılması ilə əlaqədardır. Onun sözlərinə görə, axtarışlarla bağlı təfərrüatlar məlum deyil və bunun agentliyin fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.

Mətbuatın yazdığına görə, axtarışlar TASS-ın baş direktoru Sergey Mixaylovla əlaqəıdar keçirilir. Hazırda onun Kremldə müşavirəyə qatıldığı bildirilir.

RNS-in yazdığına görə, axtarışlar bir neçə kabinetdə aparılır. 2016-cı ilin yanvar ayında bəzi əməkdaşların maaşlarının gecikdirilməsi ilə bağlı məlumat yayılmışdı. Şirkət bunu federal büdcənin azaldılması və maliyyələşdirmənin ayrılması üçün sənədlərin rəsmiləşdirilməsində ləngimələrlə izah etmişdi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm