İrandan Səudiyyəyə MÜHARİBƏ ULTİMATUMU: “Bir nəfərini sağ buraxmarıq”
Bizi izləyin

Dünya

İrandan Səudiyyəyə MÜHARİBƏ ULTİMATUMU: “Bir nəfərini sağ buraxmarıq”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd əl Cəfəri Səudiyyə Ərəbistanının Suriyaya quru qoşunları yeritmək istəyinə sərt cavab verib.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, SEPAH komandanı bölgədə rəqibi olan Səudiyyə Ərəbistanına meydan oxuyub.

Məhəmməd əl Cəfəri bildirib ki, Səudiyyə Ərəbistanın Suriyaya qoşun yeritməyə əsla cəsarəti çatmaz: “Əgər cəsarət edib qoşun göndərərlərsə, onların bir nəfərini belə sağ buraxmarıq. Bu, Səudiyyə üçün intihar olar”.

Xatırladaq ki, İran Suriyada Bəşər Əsəd rejimini ən çox dəstəkləyən dövlətdir. Buna görə də İran qoşunları uzun illərdir ki, Suriyada Bəşər Əsəd hərbiçiləri ilə çiyin-çiyinə döyüşürlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm