İŞİD-in komanda məntəqəsi məhv edildi
Bizi izləyin

Dünya

İŞİD-in komanda məntəqəsi məhv edildi

Suriya aviasiyası bazar gününə keçən gecə Hələbin şərqində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) aid komanda məntəqəsini məhv edib.

Publika.az xəbər verir ki, bu barədə mənbəyə istinadən SANA agentliyi məlumat yayıb.

"Uçuş İŞİD-in Rəsm əl-Aləm və Əs-Sin kəndlərindəki komanda mərkəzi və pulemyotlarla təchiz olunmuş nəqliyyat vasitələrinin məhv edilməsi ilə nəticələnib", - deyə mənbə bildirib.

Agentlik qeyd edir ki, ötən gün Hələb yaxınlığındakı digər ərazilərə də aviazərbələr endirilib. Terrorçular Mənbic şəhərində ciddi itkiyə məruz qalıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm