“Obama hərbi cinayətkar kimi mühakimə olunsun” - PETİSİYA
Bizi izləyin

Dünya

“Obama hərbi cinayətkar kimi mühakimə olunsun” - PETİSİYA

Ağ Evin saytında ABŞ prezidenti Barak Obamanın Haaqa Beynəlxalq Cinayət Məhkəməsində hərbi cinayətkar kimi mühakimə olunması tələbi ilə petisiya yerləşdirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, fevralın 8-də yerləşdirilən petisiya üçün 850 imza toplanılıb.

Martın 9-na kimi sənədi 100 min adam dəstəkləməlidir.

Petisiyanın müəllifləri bildiriblər ki, ABŞ vətəndaşları Obamanın dünyada törədilən cinayətlərə görə günahkar olduğuna inanırlar. “Tarixin ən pis həbsxanalarında biri olan Guantanamo hələ də fəaliyyət göstərir. Obamanın təcavüzü nəticəsində Liviya məhv olub”, - sənədin müəllifləri qeyd ediblər.

Sənəddə həmçinin Barak Obama Suriya siyasətinə görə tənqid olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm