Rusiya vurdu, PKK tutdu – STRATEJİ NÖQTƏ
Bizi izləyin

Dünya

Rusiya vurdu, PKK tutdu – STRATEJİ NÖQTƏ

Rusiyadan hava dəstəyi alan YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) müxalifət güclərinin nəzarətindəki Tel-Rıfat şəhərini ələ keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə PYD-nin Siyasi Komitəsinin başçısı Ömər Alluş bildirib.

Hələbin şimalında - Türkiyə sərhədinin 25 kilometrliyində yerləşən Tel-Rıfat Hələb uğrunda gedən döyüşün taleyi üçün strateji əhəmiyyətə sahibdir. Tel-Rıfatı ələ keçirən YPG Hələbin şimalını tamamilə nəzarət altına almaq üçün yaxşı imkan əldə edib.

PYD-li mənbələrin verdiyi məlumata görə, müxalifət qruplaşmalarından olan “Əl Fəth”in komandiri Əbu Mahmud sağ ələ keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm