Fransada fövqəladə vəziyyət rejimi uzadıldı
Bizi izləyin

Dünya

Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə – may ayının 26-na qədər uzadılması qərarını təsdiqləyib.

Axar.az BFMTV-ə istidadən xəbər verir ki, bu haqda məlumatı Senat sədri Bernar Larşe yayıb.

Verilən məluamata görə, səsvermədə iştirak edən deputatlardan 212-si rejimin saxlanılmasının lehinə, 31-i isə əleyhinə səs verib.

Noyabrda keçirilən səsvermədə isə 551 deputatdan altısı qərarın əleyhinə səs vermişdi, biri isə bitərəf qalmışdı.

Xatırladaq ki, 13 noyabrda Fransanın paytaxtı Paris şəhərində reallaşdırılan terror aktlarından sonra ölkə Prezidenti Fransua Olland fövqəladə vəziyyət elan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm