Dünya
SOS: "Zika" virusuna yoluxmamaq üçün banan yeməyin
Tropik ölkələrə səfər edərkən “Zika” virusuna yoluxmamaq üçün banan yeməkdən və mavi rəngli geyimlərdən imtina edin. Trend Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Moskva Dövlət Tibb-Stomatologiya Universitetinin İnfeksion xəstəliklər kafedrasının professoru Nikolay Malışev bildirib.
O deyib ki, isti və tropik ölkələrdə infeksiya yaymaq qabiliyyətli qansoran həşəratların sayı coxdur. Belə həşəratları mavi rəngli geyimlər və bananın iyi cəlb edir. Həşəratlar insanların üstünə açıq təbiətdə və araqaranlıqda daha çox qonur.
N.Malışev bildirib ki, virusa qoruyuculardan istifadə etmədən cinsi əlaqə və qan köçürmələri zamanı da yoluxmaq mümkündür.
Xəstəliyin simptomları hətta 2 il keçdikdən sonra özünü büruzə verə bilər. Daşıyıcı virusa yoluxduğundan xəbərsiz ola bilər.
Xatırladaq ki, "Zika" virusuna yoluxma keçən ilin may ayında yalnız Braziliyada qeydə alınmışdı. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusa yoluxma müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq. Bu ilin fevral ayında Rusiyada ilk dəfə olaraq "Zika" virusu qeydə alınıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR