Türklər Nyu-Yorkda etiraz aksiyası keçirdi – FOTOLAR
Bizi izləyin

Dünya

Türklər Nyu-Yorkda etiraz aksiyası keçirdi – FOTOLAR

Fevralın 17-də Ankarada törədilən qanlı terror aktına etiraz olaraq Nyu-Yorkda aksiya təşkil olunub.

Publika.az-ın məlumatına görə, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun binası önündə təşkil olunan etiraz aksiyasına yüzlərlə türk qatılıb.

Son günlər Türkiyədə, o cümlədən fevralın 17-də Ankarada törədilən qanlı terror aktı aksiyaya toplaşan insanlar tərəfindən pislənib.

Əllərində Türkiyə bayrağı və PKK əleyhinə şüarlar yazılmış plakatlarla konsulluq binası önünə gələn insanlar Türkiyədə terror hücumları nəticəsində həyatını itirmiş şəhidlərin ruhuna dualar oxuyaraq “İstiqlal” marşını səsləndiriblər.

Aksiya Nyu-York polisinin nəzarəti altında keçirilib və heç bir insident baş verməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm