Suriya PKK-ya sahib çıxdı
Bizi izləyin

Dünya

Suriya PKK-ya sahib çıxdı

YPG Suriya ordusunun bir parçasıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban söyləyib. O, həmçinin, Ankara terrorunda YPG-nin günahkar olmadığını bildirib:

“Türkiyə tez-tez kürdləri etmədikləri şeylərə görə günahlandırır. Suriyada kürdlərlə bağlı heç bir problem yoxdur. Bizim üçün vacib olan Suriya torpağı və xalqının bütöv qalmasıdır”.

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı hesab edilir. Bu təşkilat 29 nəfərin öldüyü Ankara terrorunun əsas təşkilatçısı hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm