
Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında PKK terror təşkilatına ağır zərbə vurulub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın Həsirli məhəlləsində yerləşən əsas qərargahı məhv edilib.
Məlumata görə, böyük bir hissəsi terrorçulardan təmizlənən Sur mahalının Həsirli və Fatihpaşa məhəllələri arasında yerləşən və terrorçuların qərargah kimi istifadə etdikləri bölgə 4 tərəfdən mühasirəyə alınıb. Əməliyyatın gedişatında koordinatları polis vertolyotu ilə müəyyənləşdirilən PKK-nın qərargahı top atəşi ilə vurulub.
Əməliyyatların fasiləsiz davam etdiyi və qarşıdurmaların baş verdiyi mahalda evlərin böyük hissəsi yararsız vəziyyətə düşüb.
Ömər Dağlı