Ankaradan NATO üzvünə sərt cavab: “Ordun belə yoxdur...”
Bizi izləyin

Dünya

Ankaradan NATO üzvünə sərt cavab: “Ordun belə yoxdur...”

“Avropanın mərkəzində kiçik bir torpaq parçasısan, ordun belə yoxdur, sən o işlərdən anlaya bilməzsən”.

Publika.az “Hurriyyət” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Tuğrul Türkeş Lüksemburqun ünvanına deyib.

Lüksemburqun xarici işlər və immiqrasiya naziri Jan Asselborn Rusiya ilə qarşıdurma olacağı halda NATO-dan kömək gözlədiyini gizlətməyən Türkiyəyə bir neçə gün əvvəl mesaj verib. O, Lüksemburqun da üzvü olduğu NATO-nun bu vəziyyətdə Türkiyəni dəstəkləməyəcəyini bildirib.

“NATO Türkiyə və Rusiya arasında baş verəcək hər hansı hərbi qarşıdurmaya cəlb olunmayacaq. Dəstək yalnız üzv ölkənin açıq şəkildə hücuma məruz qalacağı halda verilə bilər”, - nazir deyib.

Jan Asselborn NATO-nun digər üzvləri adından da danışdığını qeyd edib. Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə görə, NATO-nun hər hansı bir üzvünə edilən hücumu və ya hücum təhdidini bütün üzv ölkələrə qarşı edilmiş hesab olunur.

Türkiyənin 60 ildir NATO ölkəsi olduğunu xatırladan Turkeş Türkiyənin hava məkanı və torpaqlarının NATO-nun hava məkanı və torpaqları olduğunu bildirib.

“NATO altmış ildir ki, Türkiyə Silahlı Qüvvələrinin gücü ilə öyünür. Türkiyənin ordusu ABŞ-dan sonra NATO-da ikinci ən böyük ordudur. Altmış ildir insanımın qol gücünə söykənən NATO Türkiyənin çətin günündə “biz Rusiya ilə qarşıdurmaya getmirik” deyə bilməz. Dünyada belə bir sistem yoxdur”, - baş nazir köməkçisi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm