Suriyada müharibəni dayandırmağın yeganə yolu
Bizi izləyin

Dünya

Suriyada müharibəni dayandırmağın yeganə yolu

“Suriyada müharibənin dayandırılması yalnız prezident Bəşər Əsədin gedişi ilə mümkündür”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“Əgər Əsəd qalarsa, müharibəni dayandırmaq imkanları yoxdur”, - Kerri bildirib.

O, həmçinin qeyd edib ki, Suriyada atəşkəsin təmin edilməsi mexanizmi yaxın günlərdə hazırlanacaq.

Qeyd edək ki, Suriyada atəşkəsin təmin edilməsi ilə bağlı fevralın 22-də Rusiya və ABŞ arasında razılaşma əldə edilib. Atəşkəs fevralın 27-dən başlanır. ABŞ isə bəyan edib ki, razılaşmanın uğursuzluğa düçar olacağı halda “B” planı işə salınacaq.

Con Kerri “B” planı ilə bağlı bəzi ölkələrlə də müzakirələrin aparıldığını qeyd edib. Amma dövlət katibi plan çərçivəsində hansı addımların nəzərdə tutulduğunu və hansı ölkələrlə müzakirələrin aparıldığını dəqiqləşdirməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm