Hərbi kəşfiyyat rəisi öldürüldü
Bizi izləyin

Dünya

Hərbi kəşfiyyat rəisi öldürüldü

Yəmən hərbi kəşfiyyatının başçısı general Ədhəmə əl-Caari fevralın 26-da ölkənin müvəqqəti paytaxtı olan Ədən şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Cinayətin təfərrüatları və onun arxasında kimin dayandığı hələlik məlum deyil.

Xatırladaq ki, 2014-cü ilin avqust ayından Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi ölkə hökuməti ilə “Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları arasında silahlı münaqişə başlayıb. 2015-ci ilin əvvəllərində ölkənin paytaxtı Səna şəhəri üsyançıların əlinə keçib.

Həmin ilin martında Yəmən prezidenti Əbd Rabbo Mansur Hadinin xahişinə əsasən Səudiyyə Ərəbistanı Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin hərbi hava qüvvələrinin dəstəyi ilə husilərə qarşı əməliyyatlara başlayıb. Cinayətin baş verdiyi Ədən şəhəri keçən ilin yay aylarında üsyançılardan azad edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm