ABŞ Moskvanın kabusunu göstərdi - VİDEO
Bizi izləyin

Dünya

ABŞ Moskvanın kabusunu göstərdi - VİDEO

ABŞ Hərbi Hava Qüvvələri LRS-B (Long Range Strike Bomber) layihəsi çərçivəsində hazırlanan B-21 strateji bombardmançısını nümayiş edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, B-21 B-2 Spirit və B-52 Stratofortress bombardmançıların təkmilləşdirilmiş variantı olacaq.

ABŞ Hərbi Hava Qüvvələri naziri Debora Li Ceymsin sözlərinə görə, B-21 B-2 Spirit bombardmançısının faktiki olaraq bütün üstünlüklərini saxlayır və B-2-nin çatışmazlıqlarını aradan qaldırır. ABŞ aviasiyası bu təyyarədən 80-100 ədəd almaq istəyir. Hər təyyarənin qiyməti isə 500 milyon dollar olacaq. Qeyd edək ki, B-21 dünyanın ən bahalı təyyarəsi B-2-dən iki dəfə ucuz başa gələcək.

Versiyaya görə, təyyarənin iki modeli olacaq: pilotlu və pilotsuz.

Güman edilir ki, strateji bombardmançılar yalnız ABŞ-da yerləşdiriləcək. Ehtiyac olduğu halda, onlar ABŞ-dan dünyanın istənilən nöqtəsinə uçaraq bombaları ata və ya raketləri buraxaraq bazaya geri qayıda biləcəklər. Məlumata görə, B-21-in hərbi və texniki imkanları bombardmançıya rəqibin hava hücumundan müdafiə sistemlərini məhv etməyə imkan verəcək.

Daha əvvəl Amerika hərbçiləri bildirirdilər ki, B-21 birinci uçuş nümunəsindən başlayaraq nüvə zərbələrinin vurulması üçün lazım olan sistemlər və proqram təminatını alacaq.

Bu təyyarə həm də “Moskvanın kabusu” adlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm