Suriya ordusu daha bir şəhəri İŞİD-dən azad edir
Bizi izləyin

Dünya

Suriya ordusu daha bir şəhəri İŞİD-dən azad edir

Suriya ordusu xalq qoşunu dəstələrinin dəstəyi ilə İŞİD-in işğalı altında olan El-Karyateyn şəhərinin azad edilməsi uğrunda əməliyyatlara başlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hərbçilər İŞİD-in Xüms əyalətindəki ən böyük qalası hesab olunan şəhərə üç istiqamətdə hücuma başlayıblar.

Suriya ordusunun hücum dəstəsi komandirinin sözlərinə görə, əməliyyatlar başlayandan indiyədək təxminən 30 terrorçu məhv edilib. İndi şəhərdən dörd kilometr məsafədə yerləşən strateji yüksəklik uğrunda döyüşlər gedir.

Döyüşlərdə böyuk kalibrli pulemyotlardan və ağır texnikadan istifadə edilir. Suriya ordusunun piyada qoşununun hücumuna terrorçularun məntəqə ətrafına yerləşdirdikləri böyük miqdarda minalar mane olur.

Əməliyyat gecə güclü artileriya hazırlığından sonra başlayıb. El-Karyateynin cənubu və bir sıra strateji yüksəklikləri Suriya qoşunları tərəfindən martın 29-da ələ keçirilib.

Suriya zabitlərinin sözlərinə görə, hücum zamanı Palmiranın azad edilməsindəki hərbi taktikadan istifadə edilmişdi. Belə ki, həmin şəhərdə aviasiyanın güclü zərbələrindən sonra Tulul-es-Soud yüksəklikləri ələ keçirildi.

Dəməşqdən 110 kilometr, Xümsdən 85 kilometr məsafədə yerləşən El-Karyateyn paytaxtla-Xüms şosesinə yaxınlığına görə strateji əhəmiyyətlidir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm