“Ermənistan tapdalandı və alçaldıldı”
Bizi izləyin

Dünya

“Ermənistan tapdalandı və alçaldıldı”

“Ağır vəziyyətdə olan Ermənistan müttəfiqləri tərəfindən tapdalandı və alçaldıldı”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə Rusiyanın verdiyi reaksiyanın, o cümlədən Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) səssiz qalmasını şərh edən “armenianreport.com” saytı yazıb.

“Azərbaycanın iki müttəfiqi - Türkiyə və Pakistan dərhal Bakını öz köməyini təklif etdilər. Azərbaycan hökumətinə Pakistan Müdafiə Nazirliyindən hərbi kömək haqqında təklif daxil oldu. Bu ölkənin hərbi müəssisəsi hərbi texnika və döyüş sursatları çatdıra biləcəyini açıqlayıb. Açıq şəkildə! Türklərə gəlincə, bu ölkənin Xarici İşlər Nazirliyi Ermənistanı ittiham etdi və beynəlxalq ictimaiyyəti Azərbaycan ərazilərinin azad olunması üçün İrəvana təzyiq göstərməyə çağırdı. Türkiyə prezidenti Ərdoğan və baş nazir Davudoğlu rəsmən Azərbaycan ordusu və İlham Əliyev rəhbərliyinə açıq dəstəyini ifadə etdilər. Əfsuslar olsun ki, Ermənistanın müttəfiqləri analoji dəstəyi vermədilər. Bunlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Rusiya, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstandır”, - sayt qeyd edib.

Bildirilir ki, Belarus Xarici İşlər Nazirliyi də birmənalı şəkildə Azərbaycanı dəstəklədi: “Biz qazaxlardan da dəstək görmədik. Bütün qazax seqmenti sosial şəbəkələrdə azərbaycanlıların timsalında “türk qardaşlar”a dəstək olaraq şərhlər yazdılar. Bundan başqa, bəzi qazaxlar hətta öz həmyerlilərini Azərbaycan səfirliyinə gedərək Bakının tərəfində vuruşmaq üçün yazılmağa çağırdı”.

Sayt qeyd edir ki, cəmiyyətdəki əhval-ruhiyyələri yaxşı bilən prezident Nursultan Nazarbayev KTMT üzrə müttəfiqini dəstəkləməkdən çəkindi.

“Qırğızlar və taciklər də susmağı üstün tutdular. Amma biz dəqiqəyə qədər şübhələnmirdik ki, bu iki müsəlman respublikanın əhalisi məhz Azərbaycana simpatiya göstərir. Əfsuslar olsun ki, ağır vəziyyətdə olan Ermənistan müttəfiqləri tərəfindən tapdalandı və alçaldıldı. Onlar nəinki, qarşıdurmaya yalnız qarışmadılar, hətta Azərbaycanı həvəsləndirdilər”, - yazıda qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm