Poroşenko “Roshen”dən imtina etdi
Bizi izləyin

Dünya

Poroşenko “Roshen”dən imtina etdi

Ukrayna prezidenti Pyotr Poroşenko “Roshen” şirniyyat korporasiyasındakı hissələrinin idarə olunması üzrə səlahiyyətli şəxs qismində “Rothschild Trust” şirkətini təyin edib.

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə agentliyinin sorğusuna cavab olaraq “Rothschild Trust” şirkətindən bildirilib.

Məlumata görə, müvafiq razılaşma 14 yanvar 2016-cı il tarixində bağlanıb. Şirkətdən həmçinin bildirilib ki, öz prinsiplərinə əsaslanaraq, heç vaxt müştərilər və ya ayrı-ayrı şəxslərlə münasibətlər haqqında şərhlər vermir.

Qeyd edək ki, 2014-cü ilin mayında Ukrayna prezidenti seçilən Poroşenko biznes-strukturlarını satmağa qərar verib. O, hələ seçki kampaniyasında seçicilərinə bu barədə vəd vermişdi. Avqustun 22-də elan edildi ki, Ukrayna prezidentinin biznesinin satışı ilə “Rotshild” şirkəti məşğul olacaq. Lakin satış prosesi qeyri-müəyyən səbəblərlə uzadılır.

Ukraynada böyük müəssisələrə malik olan “Roshen” şirniyyat korporasiyası Poroşenkonun ən böyük aktivi hesab edilir. Bundan başqa “5 Kanal” televiziya kanalı, Kiyev gəmiqayırma zavodu Poroşenkoya məxsusdur. O, Kiyevdə “5 element" idman klubunda 55 faiz, Beynəlxalq investisiya bankında 50,08, “Kraina” sığorta şirkətində 49,99 faiz paya sahibdir. Poroşenko bir müddət əvvəl isə “5 Kanal” televiziya kanalının satılmayacağını bəyan edib.

Hazırda Poroşenko Ukraynanın ən zəngin ilk onluğunda yer alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm