Səudiyyə kralı Ankaraya köçdü: bir təyyarə avadanlıq, avtomobillər – FOTOLAR
Bizi izləyin

Dünya

Səudiyyə kralı Ankaraya köçdü: bir təyyarə avadanlıq, avtomobillər – FOTOLAR

Bu gün Səudiyyə Ərəbistanı kralı Selman bin Abdülaziz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə gələcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə kralı Türkiyəyə Misirdən yola düşəcək.

Türkiyə mediası yazır ki, səfər zamanı kral Selman bin Abdülaziz Türkiyəyə rəsmi Qahirənin fikirlərini gətirəcək.

Səudiyyə kralının Türkiyədə qalacağı otelin adı da açıqlanıb. Belə ki, kral Selman bin Abdülaziz Ankarada “Marriot” otelində qalacaq. Artıq kral Selman bin Abdülazizin səfərinə hazırlıq işləri də yekunlaşıb.

Deyilənə görə, Selman bin Abdülaziz səfər zamanı istifadə edəcəyi bütün əşya və avadanlıqları da öncədən yük təyyarəsi ilə Ankaraya gətirilib.

Bundan əlavə, Səudiyyə kralının Ankara və İstanbulda istifadə edəcəyi lüks “Mercedes”, “BMW” və “Audi” markalı avtomobillər sifariş olunub.

Həmçinin, Ankarada Prezident Sarayının 1 kilometrliyində yerləşən “JW Marriot” oteli isə üç günlük digər müştərilər üçün bağlanılıb, həmin oteldə kral üçün şüşədən güllə keçirməz otaq hazırlanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm