Azərbaycan sərhədində güc nümayişi - Moskvanın ən yeni silahları
Bizi izləyin

Dünya

Azərbaycan sərhədində güc nümayişi - Moskvanın ən yeni silahları

Şimali Qafqazda topçular ən yeni hərbi texnika və silahların iştirakı ilə təlimlər keçiriblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

Təlimlər Şimali Osetiya, Dağıstan, Çeçenistan və Cənubi Osetiyanın ərazisində keçirilib.

“Təlimlərin gedişatında xüsusi diqqət “Zoopark-1” ən yeni radiolokasiya kompleksləri, “Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksləri, "Msta-S" özüyeriyən artilleriya sistemləri, “Tornado-Q” reaktiv yaylım atəş sistemləri və “Podnos” minaatan sistemlərinin mənimsənilməsinə ayrılıb”, - xəbərdə deyilir.

Təlimlərdə 3,5 mindən çox topçu, silah və hərbi texnikanın təxminən min vahidi iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm