İsrail son sözü söylədi: “Müstəqil Kürdüstan...”
Bizi izləyin

Dünya

İsrail son sözü söylədi: “Müstəqil Kürdüstan...”

“Kürdüstan təcili olaraq qurulmalıdır”.

Publika.az xəbər verir bunu kürdlərə yaxınlığı ilə tanınan “Rudaw” saytına açıqlamasında İsrailin inkişaf nazirinin köməkçisi Ayoob Kara deyib.

“Dünya kürdlərin yaşadıqlarından xəbərsizdir. Məqsədimiz mövzunun beynəlxalq gündəmə daşınmasıdır. İsrailin müstəqil Kürdüstan dövlətinin qurulması ilə bağlı mövqeyi açıqdır. Biz müstəqil Kürdüstanın qurulmasını dəstəkləyirik. Ancaq bunun üçün bölgədəki dövlətlər arasında uzlaşma əldə olunmalı və tarazlıq yaradılmalıdır”, - Ayoob Kara bildirib.

Əlavə edək ki, nazir köməkçisi kürd məsələsini araşdırmaq üçün İsrail hökumətində qurulan komissiyanın başçısıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm