Dünya
Londonun müsəlman meri - Sadiq Xan - FOTO
Londonun meri müsəlman leyborist Sadiq Xan seçilib.
ANS PRESS-in məlumatına görə, o bu vəzifədə ilk müsəlman kimi tarixə düşəcək. Əslən pakistanlı fəhlə ailəsindən olan 46 yaşlı Sadikin atası avtobus sürücüsü olub. 8 uşaqlı ailə (hazırki mer ailənin 5-ci uşağı olub - red.) Londonun yaxınlığında yerləşən sosial mənzildə yaşayıb. Xan - insan haqları üzrə ixtisaslaşmış hüquqşünasdır. 2008-ci ildən 2009-cü ilədək o yerli idarəetmə məsələləri üzrə nazir vəzifəsini tutub, 2009-2010-cu illərdə isə nəqliyyat naziri vəzifəsini icra edib.
2013 və 2015-ci illərdə Xan Böyük Britaniya müsəlmanları arasında "İlin siyasətçisi" adına layiq görülüb.
Onun proqramının əsas bəndlərini yaşayış tikintisinin inkişafı, sosial sahə, ictimai nəqliyyatda qiymətlərin artırılmaması və Hitrou hava limanın genişləndirilməməsi təşkil edir.
Xanın həyat yoldaşının adı Saadiya Əhməddir və o həmçinin hüquqşünasdır. Cütlüyün iki qızı böyüyür.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq