Dünya
İlker Başbuğ prezident ola bilər
Bu ilin avqust ayında ilk dəfə xalq səsverməsi ilə Türkiyə prezidenti seçiləcək.Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə namizədi böyük ehtimalla baş nazir Rəcəb Təyyib Ərdoğan olacaq. AKP-nin namizədinin Ərdoğan olmayacağı halda, bu şəxsin prezident Abdullah Gül olacağı deyilir. Bəs, müxalifətin namizədi kim, yaxud da kimlər ola bilər?
Publika.Az – ın verdiyi xəbərə görə, Türkiyənin “Posta” qəzeti bu suala cavab verməyə çalışıb.
Qəzet yazır ki, müxalifətin bu məsələdə necə davranacağı barədə ilk siqnal dünən Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdaroğludan gəlib: “Vahid namizəd irəli sürə bilərik”. Bu namizəd kim ola bilər? “Posta” qəzetinin yazarı Candaş Tolga siyasi dəhlizlərdə müzakirə olunan üç şəxsin adını çəkib:
-Seks kaseti skandalının qurbanı olan CXP-nin keçmiş sədri Dəniz Baykal
-“Ərgenekon” iddiası ilə həbs olunan və yenicə azadlığa buraxılan Türkiyə Silahlı Qüvvələri Baş Qərarganın keçmiş rəhbəri İlker Başbuğ
- İstanbul millət vəkili Meral Akşener (Milliyyətçi Hərəkat Partiyası)
“Posta” yazarı bildirir ki, ilk baxışdan CXP-nin D.Baykal, MHP-nin isə M.Akçenerin vahid namizədliyini istəyəcəyi düşünülə bilər. C.Tolga hər iki partiyanın "xeyr” deməyəcəyi şəxsin isə İ.Başbuğ olduğunu bildirir.
C.Tolga vacib bir məqamın olduğunu bildirir. Bu məqam son bələdiyyə seçkilərində CXP və MHP-nin topladığı ümumi səslərin AKP-nin səslərindən az olmasıdır. “Posta” yazarı hesab edir ki, müxalifətin vahid namizədinin qalib gəlməsi üçün BDP/HDP blokunun da dəstəyini almaq vacib şərtdir.
Ömər Dağlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq