
Türkiyədə Twitter sosial şəbəkəsinə giriş bərpa
edilib.
Türkiyənin Rabitə və Telekommunikasiya nazirliyi Konstitusiya
məhkəməsinin Twitterlə bağlı verdiyi qərarından sonra müvafiq
tədbirlər görüldüyünü açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, hazırda Twitterə girişin bərpa
edilməsi istiqamətində işlər gedir. Artıq ölkənin bəzi yerlərində
Twitterə girmək mümkündür.
Xatırladaq ki, Türkiyənin Konstitusiya məhkəməsi Twitter sosial
şəbəkəsinə girişin qadağan edilməsini konstitusiyanın 26-cı
maddəsinə əsasən istifadəçilərin ifadə azadlıqlarının pozulması
kimi qiymətləndirmişdi.
Qeyd edək ki, martın 21-dən Türkiyədə Twitter şəbəkəsinə, martın
27-dən isə Youtube portalına giriş qadağan edilib.(ANS)