Anasını xilas edərək öldü - Fotolar
Bizi izləyin

Dünya

Anasını xilas edərək öldü - Fotolar

Anasını xilas edərək öldü - Foto

Beyin xərçəngi ilə mübarizə aparan 7 yaşlı oğlan böyrəyini qurban verərək anasının həyatını xilas edib.

Çen Siaotianın 5 yaşı olanda həkimlər onun beynində bədxassəli şiş tapıb. Bir ay bundan əvvəl isə oğlanın 34 yaşlı anası Çjou Luda böyrək çatışmazlığı diaqnozu qoyulub. Xəstəliyinin ilk mərhələsində olan oğlanın onsuz da yetkinlik yaşına çatmayacağı barədə xəbərdarlıqlar edilib. Ana-bala düz iki il xəstəliklə eyni zamanda mübarizə aparıblar.

Lakin bir gün balaca Çen anasına deyir: “Mən sənin həyatını xilas etmək istəyirəm”. Tədricən görmə qabiliyyətini itirən oğlancığaz zəifləyərək çarpayıda iflic vəziyyətində qalıb. Həkimlər uşağın nənəsinə yaxınlaşaraq nəvəsini xilas edə bilməyəcəklərini, lakin onun anasını və daha 2 nəfərin həyatını xilas etməyin mümkünlüyünü deyiblər. Bunu bilən ana Çjou bu təklifi rədd edərək eşitmək belə istəməyib. Övladının xilas edilə bilməyəcəyini qəbul edən ana son anda göz yaşları ilə həkimlərə razılığını bildirib. Oğlunun bir hissəsini içində yaşadacağı ümidi ilə ana əməliyyata girir. Xoşbəxtlikdən onun və oğlunun toxumaları uyğun gəlib. Balaca Çen isə aprelin 2-i vəfat edib. Onun digər böyrəyi və qara ciyəri çıxarılaraq daha iki insanın həyatını xilas edib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm