Dünya
Dənizin dibindən ilk siqnal gəldi – Sirr pərdəsi açılır
“Egyptair” aviaşirkətinin “Airbus A320” təyyarəsindən gələn siqnalı təxminən iki həftə almaq mümkün olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, siqnal Fransa gəmisi tərəfindən alınıb.
Aralıq dənizinin dərinliklərindən alınan siqnalın təyyarənin “qara qutu”sundan çıxdığı təxmin edilir. Misirli səlahiyyətlilər dənizin dibindən gələn siqnalın “qara qutu”ya aid olduğunu düşünürlər.
Qeyd edək ki, Parisdən Qahirəyə uçan “Egyptair” aviaşirkətinin “Airbus A320” (MS804 reysi) təyyarəsi mayın 19-da Yunanıstan hava məkanından çıxandan sonra radarlardan itib. Təyyarə Yunanıstan Karpatos adalarından 240-260 kilometr cənubda dənizə düşüb. Onun göyərtəsində 10 ekipaj üzvü olmaqla 66 nəfər var idi.
Təyyarə qəzasının səbəbi məlum olmasa da, müəyyən ehtimallar səslənir. Ən yüksək ehtimal isə təyyarənin terror aktının qurbanı olmasıdır. “Amaq” xəbər agentliyi (İŞİD terror təşkilatının media sözçüsü vəzifəsini daşıyır – red.) “Twitter” hesabından yaydığı açıqlamasında hadisəyə görə məsuliyyəti İŞİD-in üzərinə götürdüyünü bildirib.
Ömər Dağlı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır





















.jpg)











