PKK "qırmızı xətt"i keçdi
Bizi izləyin

Dünya

PKK "qırmızı xətt"i keçdi

PKK-nın Suriyadakı qolu PYD Münbiç vilayətinin mərkəzinə 5 kilometrə qədər yaxınlaşıb.

Axar.az xəbər verir ki, sözügedən qüvvələr Münbiç ilə Türkiyə sərhədində yerləşən və İŞİD-in nəzarətində olan Cerablus mahalı arasındakı əlaqə xəttini kəsib.

Məlumata görə, PYD Kirsan, Tahtaniye, Rafia, Ummizam qəsəbələrini İŞİD-dən alaraq Kırkmigar bölgəsinə çatıb.

Qeyd edək ki, PYD qüvvələri məhz ABŞ qırıcılarının havadan dəstəyi ilə Fərat çayının qərb sahilində irəliləməyi bacarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm