Moskvadan CAVAB: “...gec olması yaxşıdır”
Bizi izləyin

Dünya

Moskvadan CAVAB: “...gec olması yaxşıdır”

“Heç vaxt olmamaqdansa, gec olması yaxşıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzrxahlıq məktubunu şərh edərkən deyib.

Federasiya Şurasının sədrinin sözlərinə görə, məktub Ankara-Moskva münasibətlərinin mərhələli düzəlməsi üçün əsas ola bilər.

“Təəssüf ki, üzr gecikdi. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olması yaxşıdır”, - Federasiya Şurasının mətbuat xidmətinin xəbərində deyilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb. Ərdoğan məktubda ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib. O, həyatını itirən rus pilotun ailəsinin kədərlərini paylaşdığımı, başsağlığı verdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm