Erməni fanatlar Gürcüstanda döyüldü - VİDEO
Bizi izləyin

Dünya

Erməni fanatlar Gürcüstanda döyüldü - VİDEO

Gürcüstanın Qori şəhərində erməni futbol fanatları döyülüb. ANS PRESS-in məlumatına görə, yerli “Dila” klubu futbol üzrə Avropa liqasının birinci təsnifat mərhələsində Ermənistanın "Şirak" klubu ilə üz üzə gəlib.

Münaqişə əvvəl stadionun yaxınlığında yerləşən kafedə başlayıb. Sonra isə ara sakitləşib. Gürcü fanatları futbol bitdikdən sonra erməniləri döyməyə qərara gəliblər. Onlar erməniləri aparan mikroavtobusları daşa basıblar.

Erməni azarkeşlər avtobusları tərk ediblər və kütləvi dava başlayıb. Polis hadisə yerinə gəldikdən sonra hücum edən tərəf oranı tərk edib. Bir neçə erməni azarkeş izahat alınmaq üçün polis məntəqəsinə aparılıb.

Hücum edən tərəfdən bir nəfər saxlanılıb. Qarşıdurmada isə ev sahibi yeganə qol ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm