Kremldən Türkiyənin “İncirlik” təklifinə REAKSİYA
Bizi izləyin

Dünya

Kremldən Türkiyənin “İncirlik” təklifinə REAKSİYA

“Türkiyənin “İncirlik” bazasından Rusiyanın istifadəsi ilə əlaqədar hər hansı rəsmi məsləhətləşmələr haqqında məlumatım yoxdur”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbut katibi Dmitri Peskov deyib.

O, həmçinin qeyd edib ki, məsələ Rusiya hakimiyyəti tərəfindən təhlil ediləcək.

“İncirlik” bazasından Rusiyanın istifadəsi ilə əlaqədar hər hansı rəsmi məsləhətləşmələr olmayıb. Hərbi səlahiyyətlilər arasında danışıqlar olubsa belə mənim xəbərim yoxdur. Səhv etmirəmsə, bu barədə danışıqlar olmayıb”, - Peskov bildirib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT kanalına müsahibəsində Soçidə rusiyalı həmkarı Segey Lavrovla apardığı danışıqların detalları barədə danışarkən Türkiyənin “İncirlik” hərbi bazasının Rusiyanın istifadəsinə verməyə hazır olduğunu deyib.

“Türkiyə və Rusiya İŞİD-ə qarşı mübarizə məsələsində əməkdaşlığa hazırdır. Ona görə də Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda Rusiyanın “İncirlik” hərbi bazasından istifadəsinə icazə verməyə hazırdır”, - Çavuşoğlu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm