İçində generallar və ailələri olan helikopter qəzaya uğradı: 7 ölü - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

İçində generallar və ailələri olan helikopter qəzaya uğradı: 7 ölü - VİDEO (YENİLƏNİB)

İçində generallar və ailələri olan helikopter qəzaya uğradı: 7 ölü - VİDEO (YENİLƏNİB)

Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan 15 nəfərdən 7 nəfəri həlak olub. 8 nəfər yaralanıb.

***

Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Publika.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, helikopter Giresunun Alıcılar mahalının Toxumluq kəndində düşüb. İçində komandirlərin də olduğu 11 hərbçinin helikopterlə Giresunda şəhid ailəsini ziyarətə getdiyi deyilir.

Qəza zamanı helikopterdə olanlardan 1-nin şəhid olduğu, 2-nin isə ağır yaralı olduğu deyilir. Yerdə qalanların axtarışı davam etdirilir.

***

Türkiyənin baş naziri Binəli Yıldırım qəzaya uğrayan hərbi helikopterlə bağlı açıqlama verib. Baş nazir deyib ki, ilkin və böyük ehtimal budur ki, qəza hava şəraitinin pis olmasından baş verib.

"Yaralılar var. Həyatını itirənlərlə bağlı xəbərlər gəlir. Sayı ilə bağlı dəqiq məlumat yoxdur. Amma gələn xəbərlərə görə 5 şəhidimiz var”.

Bundan əvvəl isə Giresunun bələdiyyə sədri deyib ki, hadisə nəticəsində 2 polkovnik və onların həyat yoldaşları, 2 uşaq dünyasını dəyişib.

CNNTürk xəbər verir ki, qəza zamanı 7 nəfər yaralanıb. Hazırda onlar xəstəxanalara aparılırlar. Helikopterin göyərtəsində 8 hərbçi, onlardan dördünün həyat yoldaşı, 3 uşaq olub.

Hərbçilər ailəsi ilə S-70 Skorsky helikopterində bayramlaşmaq üçün Alucra qəsəbəsinə gedirmişlər.

Watch video!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm