Türkiyənin bəzi bölgələri su altında qaldı – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Türkiyənin bəzi bölgələri su altında qaldı – FOTOLAR/VİDEO

Türkiyənin bir sıra bölgələrində güclü yağışlar nəticəsində daşqınlar olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ordu şəhərinin Perşembe qəsəbəsində baş verən daşqınlar nəticəsində bir çox ev və ofis su altında qalıb.

Baş nazirin köməkçisi Numan Kurtulmuş təbii fəlakət nəticəsində 2 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə itkin düşdüyünü açıqlayıb. Güclü yağışlar nəticəsində baş verən seldə bəzi avtomobilləri su aparıb. Sel Artivin bölgəsinin Şavşat qəsəbəsini də vurub. Bir sıra evlər su altında qalıb.

Meteroloqlar Malatya, Elazığ, Adıyaman, Tunceli və Bingöl bölgələrində də güclü yağışların gözlənildiyini açıqlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm