Dünya
Obama: “İŞİD və Rusiya NATO üçün...”
“İŞİD, Rusiya, “Brexit”, həmçinin Afrika və Yaxın Şərqdəki münaqişələr NATO ölkələri üçün təcili çağırışlardır”.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama “The Financial Times”də dərc etdiyi məqaləsində bildirib.
Obama qeyd edib ki, İŞİD tərəfindən NATO ölkələrində təşkil edilən terror aktları günahsız insanların həyatına son qoyub, yüz minlərlə miqrant Afrika, Suriya və Əfqanıstandakı münaqişələrə görə Avropaya yollanıb.
“Rusiyanın Ukraynaya qarşı təcavüz siyasəti vahid, dinc və azad Avropa xəyalımızı hədələyir. Böyük Britaniyanın Avropa Birliyindən çıxışı üçün keçirilən referendum Avropa inteqrasiyasının gələcəyi haqqında ciddi sualları qaldırır”, - o, əlavə edib.
ABŞ prezidenti hesab edir ki, NATO və Avropa Birliyi ölkələri Varşavada siyasi iradəni səfərbər etməli və bu təcili çağırışlarlarla əlaqədar öz üzərinə konkret öhdəliklər götürməlidir. Obama qeyd edib ki, bu yalnız birlik və həqiqi əməkdaşlığın saxlanılması ilə mümkündür.
Dövlət başçısı yazıb ki, Minsk razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilənə kimi Rusiya barəsində sanksiyalar ləğv edilməməlidir.
Xatırladaq ki, Obama daha əvvəl İŞİD, Rusiya və Ebola virusunu dünya üçün əsas təhlükələr adlandırıb.
Ömər Dağlı
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU


































