Əli Ağca katolik keşişi olmaq istəyir
Bizi izləyin

Dünya

Əli Ağca katolik keşişi olmaq istəyir

"Papa Frantsisk məni qəbul edərsə, katolik kilsəsində keşiş olmağa hazıram".

"Report" xəbər verir ki, bunu 1981-ci ildə Roma Papası II Pavelə sui-qəsddə ittiham olunaraq, 25 il həbsdə olmuş Mehmet Əli Ağca İtaliyanın "Kanal5" telekanalının "Top sekret" proqramına müsahibəsində deyib.

"Türkiyədə mən vaxt itirir, təqaüddçü kimi yaşayıram. Ona görə də Frantsiskdən xahiş edirəm ki, Vatikanda məni qəbul eləsin və keşiş olum", - deyə 58 yaşlı Əli Ağca vurğulayıb.

O, "İncil"i öyrəndiyini və müqqədəs xristian mətnləri yaxşı bildiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm