Dünya
General: “Rusiyanın günahı sübuta yetirilib”
2014-cü ildə Malayziyanın “Boeing-777” sərnişin təyyarəsinin Şərqi Ukraynanın hava məkanında Rusiya tərəfindən vurulması sübuta yetirilib.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda hərbi ekspert, Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının sabiq rəis müavini general İqor Romanenko bildirib.
Onun sözlərinə görə, qəzanın araşdırılmasının nəticələri təyyarənin Rusiya hərbçiləri və Rusiya silahı ilə vurulmasına şübhə yeri qoymur.
"Hazırda müəyyən edilib ki, təyyarə BUK-M1-2 raketi ilə vurulub. Hollandiyalılar bu raketin döyüş hissəsini xüsusi olaraq aldılar. Hadisə yerində tapılan raketin qalıqları məhz Rusiyanın BUK-M1-2 raketinin xarakteristikaları ilə aydın şəkildə üst-üstə düşür.BUK-M1 kompleksi 1998-ci ildən Ukraynada istehsal edilmir. Onun sözlərinə görə, Rusiya tərəfi iddia edir ki, Ukrayna guya hansısa yollarla yeni Rusiya raketlərini alırdı. Amma yeni raketi sovet nümunəsi olan köhnə kompleksdən atmaq olmur. Ukraynada bu raketlər üçün yeni kompleks yoxdur”, - ekspert deyib.
Bununla belə, ekspert etiraf edir ki, hətta qüsursuz toplanmış sübutlar bazası olsa belə, günahkarları cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayacaq. Onun sözlərinə görə, Niderland, Malayziya, Avstraliya, Belçika, Böyük Britaniya və Ukrayna araşdırılmış materiallara əsasən artıq Rusiya tərəfinin günahının olmasından şübhələnmir. Ancaq ötən yay Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək beynəlxalq məhkəmənin yaradılmasını bloklayıb.
“Nəzəri baxımdan BMT Təhlükəsizlik Şurasından kənarda tribunal yaradıla bilər. Ancaq problem ondadır ki, bu tribunalın qərarı Rusiya üçün qeyri-məcburi olacaq”, –Romanenko hesab edir.
Qeyd edək ki, Malayziya təyyarəsi 17 iyul tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 300 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.
ABŞ da təyyarənin rusmeyilli separatçılar tərəfindən vurulması versiyasını müdafiə edir. Rəsmi Kiyev də təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib.
Xatırladaq ki, Niderland Təhlükəsizlik Şurası da ötən ilin oktyabrında açıqladığı hesabatında sərnişin təyyarəsinin Rusiyanın “Buk” raketi ilə vurulduğunu açıqlayıb. Qurumun sədri Çibbe Yaustra bildirib ki, bu, Niderland Təhlükəsizlik Şurasının apardığı istintaqın rəsmi nəticəsidir.
“Bellingcat” qrupunun mütəxəssisləri də iddia edir ki, “Buk” zenit-raket kompleksi Rusiya Silahlı qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının 53-cü briqadasına aid idi.
Moskva isə bu iddiaları rədd edir.
Ömər Dağlı
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC































