Deputat: “Çox istəyirəm ki, İslam Kərimovdan sonra Özbəkistanda...”
Bizi izləyin

Dünya

Deputat: “Çox istəyirəm ki, İslam Kərimovdan sonra Özbəkistanda...”

“İslam Kərimov Azərbaycanla bağlı hər zaman müsbət mövqe nümayiş etdirib. Mən hər zaman Özbəkistanın Azərbaycanla yaxşı münasibətdə olduğunu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini müşahidə etmişəm. Təbii ki, bütün bunların başında da Özbəkistanın dövlət başçısı İslam Kərimov dayanıb”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Rövşən Rzayev Özbəkistan prezidenti İslam Kərimovun vəfatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Azərbaycan və Özbəkistan dövlətləri arasında münasibətlər hər zaman yüksək səviyyədə olub:

“Bu hal deputat olaraq məni də tam qane edib. Digər tərəfdən isə İslam Kərimov müstəqil Özbəkistanın inkişafı üçün çox böyük işlər görüb. Onun ölümü Özbəkistan xalqı üçün böyük itkidir. İslam Kərimov həm də böyük təcrübəli siyasətçi idi. Özbəkistan xalqı müdrik xalqdır. İnanıram ki, bu itki Özbəkistan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyəcək. Mən çox istəyirəm ki, İslam Kərimovdan sonra Özbəkistanda heç bir təxribat baş verməsin, əvvəlki kimi inkişaf etsin və xalqın öz istəyi ilə yeni rəhbər seçilsin. Əgər belə olarsa, bu, ilk növbədə Özbəkistan dövləti və xalqı üçün faydalı olacaq. Eyni zamanda Azərbaycanla da münasibətlərin inkişafına gətirib çıxaracaq. Mən bütün bunların tərəfdarıyam”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm