“Bu, Rusiyaya qarşı müharibə üçün əsas olacaq” – ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Bu, Rusiyaya qarşı müharibə üçün əsas olacaq” – ŞOK İDDİA

“Rusiyanın haker hücumlarında ittiham olunması ciddi bəyanatdır. Hillari Klinton bundan Rusiya ilə müharibə üçün istifadə edə bilər”.

Publika.az xəbər verir ki, bu haqda “Foreign Policy” nəşrində Amerika tədqiqatçısı Klinton Erliks yazıb.

Erliksin sözlərinə görə, əgər Klinton ABŞ prezident olarsa, o halda 25 avqustu yeni “soyuq müharibə”nin başlanğıcı hesab etmək olar. Həmin gün Demokratlar Partiyasından prezidentliyə namizəd öz nitqində Rusiya prezidenti Vladimir Putini “son dərəcə təhlükəli millətçiliyin xaç atası” adlandırdı.

2011-ci ildə Klinton Rusiyada kütləvi etirazları dəstəklədi. Müəllif bildirir ki, Putində heç bir əsas yoxdur ki, Klintonun Qırmızı Meydanda “Maydan” haqqında arzudan imtina etdiyini düşünsün.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Demokratlar Partiyasının serverlərinə bir neçə dəfə hücum olub. Klintonun yaxın ətrafında olan şəxslərin fikrincə, Rusiya bu hərəkətlərlə seçkilərin nəticəsinə təsir etməyə çalışa bilər.

İstintaqın versiyası da budur ki, partiyasının qərargahına edilən kiberhücumların arxasında Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) dayanır. Kiberhücumların QRU ilə bağlı olan “Fancy Bear” haker qruplaşması tərəfindən həyata keçirildiyi ehtimalı üzərinə dayanılır.

Haker hücumları Hillari Klintonun seçkilər üzrə komitəsinin serverlərinə edilib. Komitə namizədin seçki kampaniyası üçün vəsait toplamaqla məşğuldur. Təxmin edilir ki, hakerlərin mümkün hədəfi partiyanın donorları haqqında məlumatı olub.

Bir müddət əvvəl isə ABŞ-ın “Politico” nəşrində Maykl Kroul və Culiya Yoffe belə nəticəyə gəliblər ki, ABŞ Demokratlar Partiyasının Milli Komitəsinin elektron poçtunun qırılmasında Rusiyanın iştirakı haqqında iddiaların arxasında Rusiyada seçkilərin şəffaflığını şübhə altına qoyan Klintona Kreml liderinin qəzəbi gizlənir (http://publika.az/p/ 144856).

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm